Buraxılış sınaqlarına qeydiyyat başladı

20 Sentyabr 2026

2026/2027-ci tədris ilinin ilk buraxılış sınağı 18 oktyabrda keçiriləcək. Sınaqlar real imtahan formatında, eyni vaxt bölgüsü və cavab vərəqi ilə təşkil olunur.

Hər sınaqdan sonra iştirakçılar nəticələrini saytımızın "İmtahan nəticələri" bölməsində fərdi kodları ilə yoxlaya bilərlər. Nəticə vərəqində fənlər və mövzular üzrə ətraflı təhlil verilir.

Qeydiyyat tərəfdaş məktəblər və nəşriyyatın ofisi vasitəsilə aparılır. Yerlərin sayı məhduddur.