Biz kimik?

Global Books Education təhsil nəşrləri üzrə ixtisaslaşmış nəşriyyatdır. Məqsədimiz şagirdlərə, müəllimlərə və valideynlərə keyfiyyətli, anlaşıqlı və müasir tədris materialları təqdim etməkdir.

Kataloqumuzda məktəbəqədər hazırlıq kitablarından tutmuş abituriyentlər üçün test banklarına qədər 240-dan çox nəşr var. Hər kitab təcrübəli müəllimlər və metodistlərdən ibarət komandanın birgə əməyinin nəticəsidir.

Nəşriyyatın nəzdində fəaliyyət göstərən sınaq mərkəzi hər il minlərlə şagirdin real imtahan formatında bilik səviyyəsini yoxlamasına imkan yaradır.

Biz nə edirik?

Dərs vəsaitləri, iş dəftərləri, sınaq topluları və test bankları hazırlayır, məktəblər üçün sınaq imtahanları və müəllimlər üçün metodik təlimlər təşkil edirik.

Missiyamız

Hər uşağın öz potensialını tam üzə çıxarması üçün keyfiyyətli təhsil resurslarını əlçatan etmək və öyrənməni maraqlı bir prosesə çevirmək.

Vizyonumuz

Regionda müasir təhsil nəşrləri və rəqəmsal tədris həlləri sahəsində ən etibarlı tərəfdaş olmaq.