Müəllimlər üçün metodik seminar keçirildi
05 Oktyabr 2026
Seminarda nəşriyyatın metodistləri yeni dərs vəsaitləri ilə işin praktik yollarını göstərdilər. Səviyyəli tapşırıqlarla sinifdə diferensial yanaşmanın necə qurulacağı nümunələrlə izah olundu.
İştirakçılara sertifikatlar və yeni nəşrlərdən ibarət metodik dəst təqdim edildi. Növbəti seminar dekabr ayında ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub.