Hər evə kitab
Ailələrdə birgə oxu mədəniyyətini təşviq edən sosial layihə. Layihə çərçivəsində məktəbəqədər yaşlı uşaqları olan ailələrə pulsuz kitab dəstləri və valideynlər üçün oxu tövsiyələri təqdim olunur.
Layihə Global Books Education-ın sosial məsuliyyət proqramı çərçivəsində həyata keçirilir. Layihəyə qoşulmaq və ya tərəfdaş olmaq istəyənlər bizimlə əlaqə səhifəsi vasitəsilə əlaqə saxlaya bilərlər.